Mikayıl Cabbarov şəhid ailələri və qazilərin işlə təmin olunması üçün çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov şəhid ailələri və qazilərin işlə təmin olunması üçün çağırış etdi

Sosial

05 İyul 2021 16:57 1165


İqtisadiyyat naziri Mikayıl Cabbarov şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış edib.

Yenisabah.az xəbər verir ki, nazirin bununla bağlı "Twitter" paylaşımında deyilir:

"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadəti Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram". pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!