Milli Qəhrəmanın anım mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın anım mərasimi keçirildi

Sosial

08 May 2021 14:04 732


2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, mayın 8-də keçirilən anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb. Toyuqlu pizza

Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!