Millimizin keçmiş futbolçusu Moskvada həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Millimizin keçmiş futbolçusu Moskvada həbs olundu

Sosial

05 Mart 2025 14:16 196


Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs edilib.

Yenisabah.az Sovetskiy sport-a istinadla xəbər verir ki, o, xüsusilə külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Özünü “Mosenergosbyt” və "FSB" əməkdaşları kimi təqdim edən fırıldaqçılar təqaüdçünün 14 milyon rubl pulunu dələduzluq yolu ilə ələ keçirib. Həmin zaman Abatsiyevin pulu götürən kuryer olduğu ehtimal olunur. pizza

Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş futbolçunu 10 ilə qədər həbs cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!