Moskva İrandan raket alsa, İsrail də Ukraynaya... -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Moskva İrandan raket alsa, İsrail də Ukraynaya... - XƏBƏRDARLIQ

Dünya

21 Noyabr 2022 16:50 1432


İsrailin Milli Təhlükəsizlik Qərargahın rəhbəri Eyal Xulata Rusiyaya İrandan ballistik raket almaması üçün xəbərdarlıq edib. O bildirib ki, bu baş versə, İsrail Ukraynaya yüksək dəqiqlikli raket tədarükünə başlayacaq, xəbəri İsrailin ictimai telakanalı - "Kan" yayıb.

Telekanal məlumatlı diplomatik mənbəyə istinadla həmçinin bildirib ki, İsrail XİN İran dronlarının alınması ilə əlaqədar Rusiyaya etirazını bildirib. Etiraz notası İsrailin Moskvadakı səfiri tərəfindən RF xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edilib.

Dünən The Washington Post qəzeti Rusiya və İran arasında Tehranın Rusiya ərazisində öz döyüş PUA-larının istehsalını təşkil etməyə razılığı haqqında yeni razılaşma əldə edildiyi barədə məlumat yayıb. pizza

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!