Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı vəzifədaşı 3+3 formatı kimi regional məsləhətləşmələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, İran və Rusiyanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Sergey Lavrov telefon danışığında ikitərəfli və regional məsələləri, eləcə də ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini müzakirə ediblər.
Hüseyn Əmir Abdullahian Moskvanın Fars körfəsindəki 3 İran adası ilə bağlı son bəyanatlarıdandan şikayətlənib. pizza
Körfəz Əməkdaşlıq Şurası ilə birgə bəyanata dair Lavrov bildirib ki, Rusiya Federasiyasının İslam Respublikasının ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı heç bir şübhəsi yoxdur və ona tam hörmət edir.
Tərəflər iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə getdiyini qeyd edib, müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istəklərini vurğulayıblar.
Onlar Qafqazda baş verən son hadisələri müzakirə ediblər. İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu 3+3 formatı kimi regional məsləhətləşmələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Söhbət zamanı dörd ölkənin - İran, Rusiya, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin ikinci görüşünün keçirilməsi məsələsinə baxılıb.
Telegram kanalımız