Moskva və Voronejdə xüsusi rejim ləğv olundu 

saytların hazırlanması

Evə çatdırılma

Moskva və Voronejdə xüsusi rejim ləğv olundu 

Dünya

26 İyun 2023 10:36 566


Rusiyanın paytaxı Moskva şəhəri, habelə Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi ləğv olunub. 

Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 24-dən tətbiq olunan rejimin ləğvinə qərar verilib. 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!