Müdafiə Nazirliyi “vaqner“çilərlə danışıqlara gedir

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi “vaqner“çilərlə danışıqlara gedir

Dünya

24 İyun 2023 10:02 802


Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Yenisabah.az xəbər verir ki, məlumatı iyunun 24-də “Razqruzka Vaqner” telegram kanalı yayıb.

Danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək "vaqner"çilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər. pizza

Rusiyanın Cənub Hərbi Dairəsi görüşlə bağlı video yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!