Müdafiə sənayesi obyektində partlayış: Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə sənayesi obyektində partlayış: Ölənlər var

Dünya

10 İyun 2023 12:08 711


Ankaradan bir qədər aralıda müdafiəyönlü maşınqayırma və kimya müəssisəsinə məxsus raketlər və onlar üçün döyüş başlıqları istehsal edən zavodda yanğın baş verib.

Yenisabah.az “İhlas”a istinadla xəbər verir ki, hadisə Elmadağ rayonunda, yaşayış məntəqələrindən uzaqda, dağlıq ərazidə yerləşir.

Yanğından və obyektin üzərində tüstü görünməzdən əvvəl partlayış səsi eşidilib. pizza hut

Hadisə nəticəsində bir neçə Türkiyə vətəndaşı həlak olub.

Xilasetmə xidmətlərindəki mənbə bildirib ki, partlayışdan sonra ən azı 5 nəfər dağıntılar altındadır, onların xilas edilməsi üçün işlər aparılır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!