Müəllim olmaq istəyən daha iki nəfər ən yüksək bal topladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müəllim olmaq istəyən daha iki nəfər ən yüksək bal topladı - Fotolar

Sosial

08 İyul 2021 20:52 989


İyulun 8-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçirilib.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, imtahana 3 min 291 namizəd dəvət olunub. Namizədlərdən Cəmilə Ağamirzəyeva və Cəmilə Əliyeva 60 bal toplayıb.

İbtidai sinif üzrə imtahanlar iyulun 9-da və 12-də davam etdiriləcək. Dördpendirli pizza

Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!