Müğənnilərə fonoqramla oxumaq qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Müğənnilərə fonoqramla oxumaq qadağan edildi

Şou

04 Yanvar 2023 10:51 2474


Qırğızıstan hökuməti 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə fonoqramla oxumağı qadağan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sərəncamı ölkənin mədəniyyət naziri Altınbek Maksutov imzalayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət mədəniyyət və təhsil müəssisələrinə şamil edilir. Marqarita pizza

Sərəncama əsasən, incəsənət xadimləri teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər.

Nazir fonoqrama qoyulan qadağaya riayət olunmasına şəxsən nəzarət edəcəyinə söz verib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!