Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Müharibə nə vaxt dayandırılacaq? - Zelenski açıqladı

Dünya

19 Noyabr 2022 11:46 985


“Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə can atır, lakin bu yolla müharibəni dayandırmaq mümkün olmayacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müharibənin bitməsi sülhə zəmanət vermir, sülhün əldə olunması üçün Rusiyanın işğalından tamamilə xilas olmaq lazımdır. Marqarita pizza

“Rusiya indi öz gücünü bərpa etmək üçün qısamüddətli atəşkəs axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə atəşkəs vəziyyəti daha da pisləşdirəcək. Anormal kompromislər yenidən qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı sülh yalnız Rusiyanın təcavüzünün tamamilə dayandırılması nəticəsində mümkün ola bilər”, - deyə Zelenski Rusiyaya xitabən söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!