Müharibənin 369-cu günü: Rusların hücumu davam edir

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin 369-cu günü: Rusların hücumu davam edir

Dünya

27 Fevral 2023 17:08 633


Hazırda Rusiya Silahlı Qüvvələri əsas səylərini Ukraynanın şərqindəki hücum əməliyyatlarına yönəldib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Departament əlavə edib ki, son 24 saat ərzində Ukrayna qüvvələri müxtəlif yaşayış məntəqələrində Rusiya qüvvələrinin 81 hücumunu dəf edib.  Sezar pizza

Ukrayna Silahlı Qüvvələrinin (ZSU) mətbuat xidmətinin məlumatına görə, fevralın 26-da Rusiya qüvvələrinin 13 aviazərbəsindən ikisi “Şahed-136” pilotsuz uçuş aparatları ilə həyata keçirilib, 2 PUA vurulub. 

Həmçinin, qurumdan bildirilib ki, ötən gecə Rusiya ordusu Ukrayna ərazisində daha 14 “Şahed-136” PUA-sından istifadə edib, onlardan 11-i vurulub. Yaylım atəşli raket sistemlərindən isə 50-dən çox raket atılıb, nəticədə dinc əhali arasında itki və xəsarət alanlar var. 

Xmelnitski şəhər meriyası isə PUA zərbələri nəticəsində azı 2 nəfərin öldüyünü, daha 4 nəfərin yaralandığını bildirib. Həlak olan 2 nəfər gecə saatlarında şəhərdə PUA-nın endirdiyi zərbələrin nəticələrini aradan qaldıran xilasedicilərdir. 

Rusiya mətbuatı isə yazır ki, Rusiya Silahlı Qüvvələri Baxmutda bütün təchizat yollarını bağlayıb. Qondaram “Donetsk Xalq Respublikası” liderinin müşaviri, hərbi-siyasi ekspert Yan Qaqinin sözlərinə görə, şəhər ətrafında halqa daralır və bu, tezliklə dağıdılacaq. 

TASS-ın bildirdiyinə görə isə son bir neçə saat ərzində Ukrayna Silahlı Qüvvələri (ZSU) qondarma “DXR”in nəzarətində olan ərazilərə 35 artilleriya mərmisi atıb. “DXR rəhbəri” Denis Puşilin Donetskdə məktəb binasının atəşə tutulduğunu bildirib. 

Separatçı rejimin “rəhbəri”, həmçinin, bildirib ki, münaqişənin kəskinləşməsindən bəri “DXR”də 4.449 mülki şəxs həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!