“Ukrayna Silahlı Qüvvələrinin (ZSU) əks-hücum əməliyyatı həm Zaporojye vilayətində, həm də ölkəmizin şərqində – Donetsk və Luqansk istiqamətində davam edəcək”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenko müsahibəsində deyib.
Onun sözlərinə görə, əks-hücum əməliyyatı Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması ilə başa çatacaq. pizza
Geraşşenko xəbərdarlıq edib: “Ölkə daxilində güclü müdafiə sistemi yaratmalıyıq. 70 il mühasirədə yaşayan İsrail kimi yaşamalı olacağıq”.
Telegram kanalımız