“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı

İdman

20 Noyabr 2026 09:01 51


“Mançester Yunayted” azarkeşlərinin etiraz aksiyası cəza ilə nəticələnib.

"Yeni Sabah" Atletic-ə istinadla xəbər verir ki, klub noyabrın 3-də Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Roma” ilə keçirilən və 3:2 hesabı ilə qalib gəldiyi oyunda meydana tennis topları atan 4 azarkeşin ev stadionuna girişini qadağan edib. 

Azarkeşlər bu addımı klubun sahiblərinə etiraz əlaməti olaraq atıblar. Onlardan ən azı birinə meydançaya əşya atdığı üçün 3 illik stadion qadağası tətbiq olunub. İnternetdən sifariş

Klub rəhbərliyi qərarını meydançaya hər hansı əşyanın atılmasına qarşı güzəştə gedilməməsi ilə əsaslandırıb. Bildirilib ki, bu cür hərəkətlər stadion qaydalarına zidd olmaqla yanaşı, futbolçuların və digər şəxslərin təhlükəsizliyi üçün də risk yaradır.

“Mançester Yunayted” bu məsələdə sərt mövqe tutacağını bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!