Keyn kumirindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Keyn kumirindən danışdı

İdman

20 Noyabr 2026 09:10 33


2026-cı ilin "Qızıl top" mükafatının sahibi Harri Keyn fransalı ulduz futbolçu Kərim Benzema barədə müsbət fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, forvard hər zaman Benzemanın böyük pərəstişkarı olduğunu bildirərək, onun 2022-ci ildə "Real Madrid" klubunun heyətində qazandığı nailiyyətləri xüsusi qeyd edib.

Keynin sözlərinə görə, həmkarı yarımmüdafiə xəttinə qədər geriyə çəkilərək faktiki olaraq "10 nömrə" mövqeyində çıxış etmək, oyunun gedişatını idarə etmək və lazımi məqamda rəqibin cərimə meydançasına daxil olmaq kimi nadir keyfiyyətlərə malikdir. İnternet mağaza

Fiziki göstəricilərinin müəyyən qədər fərqləndiyini etiraf edən Harri Keyn meydandakı düşüncə tərzi baxımından özlərini bir-birinə bənzədib. O, fikrini bu sözlərlə yekunlaşdırıb:

"Amma oyun zəkası, boş zonaları tapmaq və ətrafımızdakı futbolçulara kömək etmək istəyi baxımından oyun üslublarımız arasında çox böyük oxşarlıqlar görürəm".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!