Sabiq idarə rəisinə Bakıda yüksək vəzifə tapşırıldı -   İlhamə Abdullayeva kimdir?!

saytların hazırlanması

Evə çatdırılma

Sabiq idarə rəisinə Bakıda yüksək vəzifə tapşırıldı - İlhamə Abdullayeva kimdir?!

Sosial

20 Noyabr 2026 09:05 203


Abşeron-Xızı Regional Təhsil İdarəsinin sabiq müdiri İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni vəzifəyə təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Sarif qızı Abdullayeva Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinin müdiri vəzifəsinə gətirilib.

İlhamə Abdullayeva müxtəlif illərdə ümumi təhsil müəssisələrində müəllim və direktor müavini vəzifələrində çalışıb. O, daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri və müdir müavini, Elm və Təhsil Nazirliyində isə şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərib. Online alış-veriş

Təhsilin inkişafında xidmətlərinə görə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunan Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!