“Nadir Qafarzadə, sən haranın maralısan?” - Afətdən sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Nadir Qafarzadə, sən haranın maralısan?” - Afətdən sərt açıqlama

Şou

19 Fevral 2019 02:58 1406


Şou-biznesdə növbəti qalmaqal müğənnilər Nadir Qafarzadə və Afət Fərmanqızı arasında yaşanıb. 

Qafarzadə "Hüseynova bacıları" verilişində Afətin Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı mahnını tənqid edib. "Qulaq asmıram... Qulaqlarıma yazığım gəlir. Məni bir də ana doğmayacaq, belə qulaqlar dünyaya gəlməyəcək. Bu, mənim şəxsi fikrimdir. Elə musiqilər gələndə qulaqlarımı tıxayıram" sözləri cavabsız qalmayıb. 

Fərmanqızı Nadirin sözlərini paylaşaraq, tənqidlər yazıb: pizza hut

"Sən deyildin "Çadralı qız" oxuyub, qulaqlarımızı korlayan? Bəs bizim qulaqlarımıza yazığın gəlmirdi? Sənin kimilər idi da bunları oxuyan. Bizi anamız neçə dəfə doğur ki? Biz də bir dəfə doğuluruq da... 

Elnarə Abdullayeva kimi sənətkar mahnıma qiymət verdikdən sonra sən hara maralısan? Maral demişkən, bilmirsiz "Maral" mahnısını türklərdən kim oğurlayıb, oxuyub? Bu verilişə məni də çağırıblar, 21-də çəkiliş olmalı idi. Gəlməyəcəm, buradan deyim bilin. 

"Gelandewagen"imi ora sürməyə heyfim gəlir. Bunların mahnıları pulla da trendə düşə bilmir. Mənim mahnım pulsuz, xalqın sevgisi ilə düşür. Dözə bilmirlər. Bunlar deyildi soyqırım günü konsert verən?".

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!