Xalq artisti Aygün Kazımova və duet ortağı Namiq Qaraçuxurlunun çıxış etdiyi toyda qalmaqal yaşanıb.
Yenisabah.az xəbər verir ki, bəyin dostu səhnəyə çıxaraq Aygün Kazımovanın üstünə gəlib və çox yaxın məsafədən rəqs etməyə başlayıb. Müğənninin narahatlığını hiss edən musiqiçilərdən biri dərhal onu qorumağa və qonağı uzaqlaşdırmağa çalışıb. Lakin həmin şəxs heç kimə məhəl qoymayaraq yenidən müğənniyə yaxınlaşmağa cəhd edib. Onu səhnədən toydakı qonaqlar uzaqlaşdırıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə viral olub. Müzakirə yaradan məqamlardan biri Namiq Qaraçuxurlunun biganəliyi olub. Paylaşımlara “Namiqdə də reaksiya maşallah sıfır”,”Burda qorxan elə bil Namiq olub”, “Muzikant Namiqdən qeyrətli çıxdı” və s. rəylər yazılıb. Dördpendirli pizza
Aytac Əliyeva
Telegram kanalımız