Narkomanın çörəyinə göz dikənlər: Kimlər yıxılana balta vurur?

saytların hazırlanması

Evə çatdırılma

Narkomanın çörəyinə göz dikənlər: Kimlər yıxılana balta vurur?

Sosial

21 İyun 2024 15:39 1018


Bir müddət öncə “Məhşur narkoman Bakıda avtobus sürür” başlığı altında xəbərlər yayıldı. Bu hadisədən sonra həmin şəxs, yəni “Batya Vasmoyski” ləqəbli, əsl adı Bəxtiyar Ağaməmmədov işindən azad olundu. Bu yaxınlarda isə onun verdiyi açıqlamada dediyi sözlər gündəm olub. Öz halal zəhmətilə pul qazanıb normal həyata qayıtmağa can atan və cəmiyyətə inteqrasiya olunmağa çalışdığını bildirən Bəxtiyar Məmmədov işləyib, maaş alacağı üçün çox sevincli olduğunu, lakin bəzi mənfi düşüncəli, önyarğılı insanların onun bu sevincini ürəyində qoyduğunu bildirib. 

Maraqlıdır, niyə Bəxtiyar və onun kimi adamların yenidən normal yaşama addım atması cəmiyyətdə ajiotaja səbəb olur? 

Mövzuya münasibət bildirən psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a deyib ki, belə insanlar müalicə olunaraq, özü kimi olan digər şəxsləri də pis əməllərdən uzaqlaşdırmağa başlayır:  pizza mizza

“Əfsuslar olsun ki, xasiyyət qüsurundan əziyyət çəkən bir çox şəxs var və onlar təsir altına düşməyə meylli olurlar. Şəxsiyyət pozuntusu olan bu adamlar təsir altında olaraq, bir çox zərərli vərdişlərin qurbanına çevrilirlər. Ancaq son zamanlar bu istiqamətdə aparılan maarifləndirmə işləri sayəsində narkomaniyanın cənginə aldığı insanlar belə bir müddət sonra bu problemlə mübarizə aparan müəssisələrin reklamını gördükdə, həmin qurumlara üz tuturlar. Çünki özləri də dərk edir ki, bunun sonu yoxdur və belə davam edə bilməz. Müalicə üçün müraciət edən insan elə olur ki, özü də belə bir mərkəz açaraq, başqalarına yardım etmək istəyir”. 

Psixoloq qeyd edib ki, yenidən normal həyata addımlamaq istəyən insanları küsdürüb intihara sürükləməməliyik: 

“Təbii ki, bu mümkündür. Bəzən insan öz övladı ilə belə bacarmadığı bir halda narkotikə qurşanan insanlar o mərkəzlər sayəsində bu zillətdən yaxalarını qurtara bilirlər. Cavan vaxtlarında elədiyi səhvləri 40-45 yaşında dərk edən insanlar əməllərindən utanır və normal həyata qayıtmaq üçün addımlar atır. Biz isə, cəmiyyət olaraq, insanları pis vərdişlərə zorla sürükləyirik. Deyək ki, bir insan pis vərdişindən əl çəkib və bu gün cəmiyyətə sağlam formada adaptasiya olaraq, halal yolla pul qazanmaq istəyir. Elm bunu sübut etdiyi halda, bəzi xırda düşüncəli insanlara görə, o, yenidən köhnə həyatına niyə qayıtsın? Buna cəmiyyətdəki zəif düşüncəli insanlar şərait yaradır. Bir insan yıxılır və yenidən ayağa qalxmaq üçün çabalayır, əlini uzadır ki, kimsə tutsun. Biz onun əlindən tutub qaldıraraq, öz ayaqları üstündə durmağa kömək etməliyik. Onu daşqalaq edərək, həyatından küsdürüb intihara sürükləmək doğru deyil”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!