Narkotik satan 4 nəfər saxlanıldı
03 İyl 2020 13:22
310

Narkotik satan 4 nəfər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində əməliyyat keçiriblər.

Yenisabah.az xəbər verir ki, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kq 935 qram heroin, 462 qrama yaxın tiryək və  985 qram metamfetamin aşkar edilərək götürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər