NATO-nun xarici işlər nazirləri Buxarestdə keçirilən iclasda Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya dəstəyi artırmaq barədə razılığa gəliblər.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb.
"Bosniya və Herseqovina, Gürcüstan və Moldovanın xarici işlər nazirləri görüşün yekun hissəsində bizə qoşuldular; bunlar Rusiyanın təzyiqi ilə üzləşən üç dəyərli NATO tərəfdaşıdır", - deyə o, mətbuat konfransında vurğulayıb. - Biz ümumi təhlükəsizlik narahatlıqlarımızın səbəblərini müzakirə etdik, əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Müttəfiqlər yerli xüsusiyyətləri nəzərə alaraq dəstəyi gücləndirməyə razılaşdılar". Dördpendirli pizza
Stoltenberqin sözlərinə görə, söhbət bu ölkələrdə islahatların dəstəklənməsi və müdafiə və təhlükəsizlik sahəsində kadrların hazırlanmasından gedir.
Telegram kanalımız