"NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır".
Yenisabah.az xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz "Twitter" səhifəsində yazıb.
“Sevindirici haldır ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov yenidən birbaşa danışıqlarda iştirak edirlər. NATO Cənubi Qafqazın sabitliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardır və ABŞ-ın bu istiqamətdə səylərini alqışlayır”. pizza hut
Telegram kanalımız