Naxçıvanda 4 vergi pozuntusu aşkar edildi – Rəsmi

Naxçıvanda 4 vergi pozuntusu aşkar edildi – Rəsmi

Hadisə

08 Dekabr 2022 09:23 20804


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə  aparılan yoxlama və monitorinqlər zamanı 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

“Yeni Sabah” xəbər verir ki, qurumun yaydığı məlumata görə, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması, 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!