Naxçıvandan təkzib gəldi: Toyların keçirilməsi qadağandır!

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandan təkzib gəldi: Toyların keçirilməsi qadağandır!

Sosial

29 Mart 2021 16:39 779


Artıq günlərdir Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Qeyd olunub ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli bununla bağlı hər hansı rəsmi qərarın olmadığını deyib. Onun sözlərinə görə, yazılanlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, koronavirus səbəbi ilə ötən ilin mart ayından etibarən Azərbaycanda toy məclislərinin təşkili qadağan olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!