Nazir: 20 ildə ali məktəblərə qəbul 3 dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

Nazir: 20 ildə ali məktəblərə qəbul 3 dəfə artıb

Sosial

14 Oktyabr 2023 13:53 518


20 ildə 2600-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib.

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonuna kimi 100 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır. pizza hut

Emin Əmrullayevin sözlərinə görə, 40 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunub və hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir.

Nazir ali təhsil sistemindəki dəyişikliklərə də toxunub: “2003-cü ilə müqayisədə bu 20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb. 2003-2023-cü illər arasında 4000-dən çox tələbə xaricdə təhsil hüququ qazanıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!