Macarıstan Rusiyanın 9 biznes nümayəndəsinə qarşı sanksiyaları ləğv etməyə çalışır.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib.
“Onların siyahıya salınması üçün real hüquqi əsaslar olmadığı üçün sanksiyalar siyahısından çıxarmağın ədalətli olacağını düşündük. Kommunist rejimində əziyyət çəkdik. Valideynlərin etdikləri və ya etmədikləri üçün uşaqları günahlandırmağın nə demək olduğunu bilirik. Düşünmürük ki, o vaxtlar geri qayıtmalıdır. Buna görə bir sualım var: niyə biz keçmiş “Formula 1” sürücüsü olan Nikita Mazepini guya atasının Rusiya hökuməti ilə əlaqələri olduğuna görə sanksiyalar siyahısına daxil edək?!" – deyə xarici işlər naziri əlavə edib. Dördpendirli pizza
Onun sözlərinə görə, şəxsin sanksiyalar siyahısına salınması üçün ciddi hüquqi əsaslar olmalıdır.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Aİ fevralın 23-də Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib. Müvafiq danışıqlar bu gün davam etdiriləcək.
Telegram kanalımız