“Mövqeyimiz aydındır: “OTP” bankı beynəlxalq müharibə sponsorları siyahısından çıxarılmayana qədər Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya silah tədarükü üçün heç bir maliyyə dəstəyi verməyəcək”.
Yenisabah.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.
O qeyd edib ki, söhbət təkcə Macarıstan hökumətinin artıq blokladığı 500 milyon avrodan deyil, həm də gələcəkdə Ukraynaya yardım təkliflərindən gedir. Toyuqlu pizza
Macarıstanın xarici işlər naziri vurğulayıb ki, Kiyevin bankın bu siyahıda olması ilə bağlı irəli sürdüyü dəlillər gülməlidir:
“Əgər ukraynalılar Macarıstanın ən böyük bankı OTP-nin beynəlxalq müharibə sponsorları siyahısında yer aldığı mənasız, aldadıcı iddiaya son qoysalar, fikrimizi dəyişməyə hazırıq”.
Telegram kanalımız