Nazirlik həbs olunan məmurla bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik həbs olunan məmurla bağlı açıqlama yaydı

Sosial

22 Aprel 2021 14:26 654


Bir sıra KİV və sosial media səhifələrində Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Oruc Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib. pizza mizza

Agentlik hesab edir ki, 6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!