Nazirlik pensiyalarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik pensiyalarla bağlı məlumat yaydı

Sosial

15 Fevral 2024 18:29 14091


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Yenisabah.az xəbər verir ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Seymur
    Salam Sosyal Pensiyalarda artım olacaqmı Zehmet olmasa cavablandırarsız
    2 years ago