Nazirlikdən pensiyalarla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən pensiyalarla bağlı açıqlama

Sosial

16 May 2021 12:00 1476


Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan  istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0%  və ya 113,9 milyon manat çox olmaqla  2 milyard 25 milyon manat vəsait ödənilib.Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!