Nazirlikdən zəlzələ ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən zəlzələ ilə bağlı AÇIQLAMA

Sosial

17 İyul 2024 09:51 589


Fövqəladə Hallar Nazirliyi Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb.

Yenisabah.az Nazirliyə istinadən xəbər verir ki, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmayıb.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - açıqlamada deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!