Nə “Mercedes”, nə “BMW”: Yalnız 2 maşın 100% qüsursuz çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Nə “Mercedes”, nə “BMW”: Yalnız 2 maşın 100% qüsursuz çıxdı

Avto

05 Oktyabr 2026 14:52 140


225 avtomobil modeli arasında aparılan genişmiqyaslı araşdırmada yalnız iki model 100 faiz nöqsansız nəticə göstərib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “What Car?” tərəfindən son iki ildə 39 min 332 avtomobil sahibinin iştirakı ilə reallaşdırılan tədqiqatda 30 fərqli markaya aid 225 model 16 ayrı nasazlıq kateqoriyası üzrə qiymətləndirilib.

Araşdırma zamanı nəqliyyat vasitələrinin xarab olma tezliyi, nasazlığın növü, servislərdə qalma müddətləri və sürücülərə yaranan əlavə xərclər hesablanıb. pizza mizza

İstifadəçilərdən heç bir nasazlıq şikayəti almayaraq 100 faizlik nəticə ilə siyahının birinci pilləsini paylaşan modellər “Mini Countryman” (2024–hazırda) və “Suzuki Swift” (2017–2024) olub.

İstehsal zəmanət müddəti bitmiş nümunələrin də daxil edildiyi araşdırmada hər iki model tam xalsız və qüsursuz göstərici nümayiş etdirib. İkinci sıraya yaxın nəticəni isə 99,3 faizlik göstərici ilə “Kia Niro Hybrid/PHEV” və “Lexus ES” modelləri tutub.

Siyahının son pillələrində ciddi nasazlıq faizi ilə “Volkswagen Tiguan” (55,3 faiz) və “Renault Arkana” (58,5 faiz) qərarlaşıb. Sınaqdan keçirilən modellər üzrə problemlərin yarısının mühərrikdən kənar elektrik, 12V akkumulyator və məlumat-əyləncə sistemlərindən qaynaqlandığı, təmirlərin 44 faizinin isə bir həftədən uzun çəkdiyi vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!