Neft qiymətləri üzüaşağı gedir: SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Neft qiymətləri üzüaşağı gedir: SƏBƏB

İqtisadiyyat

30 İyul 2024 23:13 3130


Dünya bazarında neft qiymətləri aşağı düşməyə davam edir. 

Yenisabah.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir faizdən çox ucuzlaşaraq bir barel üçün 78,96 dollar təşkil edir.

Nyu-York əmtəə birjasında (NYMEX) sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,79 dollar (1,04 faiz) ucuzlaşaraq 75,02 dollar olub. Toyuqlu pizza

Trading Economics qeyd edir ki, treyderlər Çindən gələn tələbdən narahat olmaqda davam edirlər. Çin ÜDM-in dinamikası ilə bağlı zəif rüblük məlumatların dərcindən sonra bu iqtisadiyyatın ümumi perspektivləri ilə bağlı narahatlıqlar da artıb.

Bundan əlavə, mediada Hizbullahın İsraillə genişmiqyaslı müharibə planlaşdırmaması ilə bağlı yayılan xəbərlərdən sonra Yaxın Şərqdə geosiyasi gərginliklə bağlı narahatlıqlar azalalır ki, bu da neft qiymətlərini aşağı salır.

Neft bazarı üçün əlavə mənfi amil dolların möhkəmlənməsidir. Dolların altı əsas dünya valyutası qarşısında dəyərini ölçən DXY indeksi bu gün 0,2 faiz artıb.(Musavat.com)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!