İsrailin baş naziri Binyamin Netanyahunun yaxın həftələrdə Türkiyəyə səfəri gözlənilir.
Yenisabah.az "Walla"ya istinadla xəbər verir ki, səfərlə bağlı Tel-Əviv və Ankara arasında danışıqlar gedir.
Bu barədə Baş nazir dəftərxanasının adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi məlumat yayıb. Pepperoni pizza
O bildirib ki, Netanyahunun ofisi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi arasında onun Türkiyəyə səfərə dair danışıqlar davam edir.
Bu, 2008-ci ildən bəri İsrail baş nazirinin Türkiyəyə ilk səfəri olacaq. Həmin ildə Ehud Olmert Türkiyənin İsrail və Suriya arasında vasitəçiliyi çərçivəsində Ankaraya səfər edib.
Telegram kanalımız