Netanyahu Türkiyəyə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu Türkiyəyə səfər edəcək

Dünya

26 Sentyabr 2023 15:10 407


"Türkiyə və İsrail bir çox sahədə əməkdaşlıq edir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

O, Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb: pizza sifarişi

"Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir. Düşünürəm ki, Netanyahunun xəstəliyinə görə həyata keçirə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr ayları arasında baş tutacaq. Bu səfərin ən uyğun zamanda reallaşmasını təmin etmək üçün danışıqlar davam edir. Bildiyiniz kimi, bu işlərin katibliyi Türkiyə və İsrailin xarici işlər nazirlərinə məxsusdur. Bundan sonra cavab səfərimizi edəcəyik".

Ərdoğan vurğulayıb ki,Türkiyə və İsrail olaraq bir çox sahədə əməkdaşlıq var və yeni əməkdaşlıq sahələrinin yaranması da faktdır: "Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Son görüşümüzdə bunu müzakirə etdik, biz işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər vermişik. Ən qısa zamanda həm Türkiyə, həm də İsraildəki görüşlərimiz zamanı marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!