Küçədə müğənni Nigar Camala hücum etdiyi iddia edilən şəxs danışıb.
Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, o, videoaçıqlama yayaraq baş verənləri nəql edib:
"Sosial şəbəkədə Nigar Camal tərəfindən videom yayılıb. Uzun müddət dövlətə xidmət etmişəm. Qadına, kişiyə necə hörmət edilməlidir gözəl bilirəm. Toyuqlu pizza
Həmin xanım siqnal verdi, pəncərəni endirdim ki, nə olub? Nalayiq ifadələr işlətdi. Onu mən dilimə gətirmək istəmirəm.
Yaxınlaşdım ona, gördüm video çəkir. Bildim ki, paylaşacaq. Qarşısını kəsdim, pəncərəsini döydüm ki, nə olub, niyə video çəkirsən?
Deyirəm, qadındır, çıxıb getsin, amma maşınımı videoya niyə çəkirsən? Soruşanda isə sürüb qaçdı. Mən də əlimi güzgüsünə atdım, əsəblə. Güzgüsü sındı. İndi heç kim demir, niyə maşından düşdü, güzgünü vurdu. Söhbətin içini bilmədən danışırsınız".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev artıq həmin şəxsin saxlanıldığını bildirib: "Barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, N.Camal video paylaşaraq bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib. Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.
Telegram kanalımız