Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Nikolun “sanksiyası”na Ankara cavab verərsə...  Şərh
02 Yan 2021 17:01
1041

Nikolun “sanksiyası”na Ankara cavab verərsə... Şərh

Ermənistan Türkiyəyə embarqo tətbiq edəcək potensiala sahib bir ölkə deyil. Çünki Türkiyənin kiçik vilayətinin belə illik xərci Ermənistanın dövlət büdcəsindən çoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın bir sıra türk mallarının ölkəyə gətirilməsinə 6 ay qadağa qoyması haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan hökuməti verilən qərarın guya Ankaranın Qarabağ münaqişəsində Bakıya göstərdiyi dəstəklə bağlı olduğunu bildirib:

“Birincisi, Ermənistan Türkiyəyə embarqo tətbiq edə bilməz. Çünki bu ölkənin buna iqtisadi potensialı yoxdur. Digər tərəfdən iqtisadiyyatı erməni lobbisinin və havadarlarının yardımlarından asılı olan bu ölkənin Türkiyə və Rusiyada işləyən vətəndaşlarının göndərdiyi valyutaya ciddi ehtiyacı var.

Türkiyə bu gün ölkədə qeyri-qanuni çalışan erməni vətəndaşlarını deportasiya etsə, bu, Ermənistan üçün fəlakətə çevrilər”.

Politoloq qeyd edib ki, əslində bu, siyasi qərardır və İrəvanın regional əməkdaşlığa hazır olmaması deməkdir:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfəri zamanı regional əməkdaşlıq platformasından bəhs etmiş, hətta bu platformaya Ermənistanın da qoşula biləcəyini qeyd etmişdi. Lakin biz görürük ki, Ermənistan regional əməkdaşlığa hazır deyil. Əks təqdirdə belə bir gülünc qərar verməzdi”. (Axar.az)

Qeyd edək ki, Paşinyanın bəzi türk mallarının ölkəyə idxalını qadağan etməsi barədə qərarı və bunun Türkiyə iqtisadiyyatına zərbə olacağı barədə açıqlaması sosial şəbəkələrdə ermənilərin özü tərəfindən lağ obyektinə çevrilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər