“Nikosayağı”nın son vəziyyəti açıqlandı:   “Reanimasiya şöbəsində...”

saytların hazırlanması

Evə çatdırılma

“Nikosayağı”nın son vəziyyəti açıqlandı: “Reanimasiya şöbəsində...”

Sosial

19 Avqust 2023 14:12 19949


“Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır”.

Bu barədə TƏBİB-dən bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

“Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır”. Pepperoni pizza

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!