Nuranı təhqir edən qadın polisə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Nuranı təhqir edən qadın polisə çağırıldı

Şou

10 Fevral 2023 17:42 1011


Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsdən polisə şikayət edib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, "Instagram"da video paylaşıb.

Müğənninin sözlərinə görə, sosial şəbəkə istifadəçisi onu şərh bölməsində və “inbox”da təhqir edib: pizza

“Azərbaycan polisinə, Bakı Şəhər Baş Polis İdarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm.

Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar. Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapdılar. Heç onu tanımıram. İzahatımı yazdım cavab gözləyirəm”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!