Oğuzda dağdan kişi meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda dağdan kişi meyiti tapıldı

Hadisə

09 May 2022 16:17 290


Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb. pizza sifarişi

Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.

Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.

D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!