Ölən məcburi köçkünlərə aylıq müavinət ödənildiyi üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ölən məcburi köçkünlərə aylıq müavinət ödənildiyi üzə çıxdı

Sosial

05 Aprel 2021 14:14 839


Azərbaycanda 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişi edildiyi aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Sənəddə qeyd edilib ki, Hesablama Palatası tərəfindən əraziləri işğal edilmiş rayonların icra hakimiyyətləri tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunmuş adlı siyahılarda göstərilmiş müavinətin aylıq məbləği ilə onların plastik kart hesablarına köçürülmüş aylıq məbləğləri arasında fərqlərin mövcud olması, ümumilikdə 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişinin dayandırılmadığı aşkarlanıb. Dominos pizza

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!