Ombudsman BMT-nin Ali Komissarına müraciət etdi -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman BMT-nin Ali Komissarına müraciət etdi - SƏBƏB

Sosial

12 May 2021 20:54 1402


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə məktubla müraciət edib.

Ombudsman Aparatından Yenisabah.az-a verilən məlumata görə, Ombudsman məktubda Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minaların insanların həyat və sağlamlığına ciddi təhlükə yaratması ilə bağlı narahatlığını bildirib. Həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırıldığı və cavabdeh ölkə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin regionda vəziyyəti gərginləşdirdiyi, sülhə və birgəyaşayışa təhlükə yaratdığı nəzərə çatdırılıb.

Qeyd olunub ki, Ombudsman mövcud vəziyyətlə bağlı dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırıb. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməli və insan hüquqlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb. Pepperoni pizza

Sonda Ombudsman Səbinə Əliyeva bir daha dərin narahatlığını Komissarın diqqətinə çatdıraraq, minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunmasını xahiş edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!