“Omikron“dan necə qorunmalı? - Səhiyyə Nazirliyi və TƏBİB-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Omikron“dan necə qorunmalı? - Səhiyyə Nazirliyi və TƏBİB-dən açıqlama

Sosial

10 Yanvar 2022 14:55 838


Azərbaycanın səhiyyə qurumları ölkədə koronavirusun "Omikron" ştamının aşkarlanması ilə bağlı əhaliyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə müraciətdə deyilir:

"Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırırıq. Dominos pizza

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!