Onlar meyvə maskası ilə cavan qalırlar

saytların hazırlanması

Evə çatdırılma

Onlar meyvə maskası ilə cavan qalırlar

Şou

22 Mart 2023 09:28 751


Əksər məşhurların bahalı prosedurlarla gözəlləşdiyi söylənilsə də, onlar arasında təbii üsullara üstünlük verənlər də az deyil. 

Ev şəraitində gözəl dəriyə sahib olmağın üsullarını sizə təqdim edirik.

Sofi Lorenin fikrincə, gözəlliyin açarı pomidordadır. Pomidoru püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren bu qarışığı üzünə sürtür və bir saat gözləyir. Bu üsulla həm dərsinin qocalmasının qarşısını alır, həm də parlaq görünməsinə kömək edir. Sezar pizza

Sandra Bullok isə alma qabıqlarından maska kimi istifadə edir. Onun sözlərinə görə, alma qabığı pilinq təsirinə malikdir və dəridəki hüceyrələrin yenilənməsini təmin edir.

Krsitina Aqilera isə parlaq dərisinin sirrini kartofda görür. Hər gün çiy kartof dilimlərini dərisinə sürtən müğənni, bunun həm sızanaqlar üçün faydalı olduğunu, həm də parıltı verdiyini söyləyir.(axşam.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!