Sabiq nazir ev həbsinə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir ev həbsinə buraxıldı

Dünya

24 Noyabr 2026 15:00 60


Türkiydə həbs edilən sabiq ailə və sosial siyasətlər naziri və AKP-nin sədr müavini olmuş Fatma Betül Sayan Kaya ev həbsinə buraxılıb.

"Yeni Sabah" BirGün-ə istinadla xəbər verir ki, o, noyabrın 18-də huşunu itirdikdən sonra xəstəxanaya aparılmışdı.

Tibbi müdaxilədən sonra o, yenidən həbsxanaya qaytarılıb. ShopByBro

Xatırladaq ki, davam edən istintaq çərçivəsində, AKP sədr müavini vəzifəsində çalışdığı dövrdə Kayanın sözügedən əməliyyatlar vasitəsilə təxminən 2,2 milyard TL əldə etməsi iddiası ilə bağlı o və həyat yoldaşı İlyas Kaya noyabrın 6-da ifadə üçün prokurorluğa dəvət olunmuşdular.

Prokurorluq Fatma Betül Sayan Kayanın “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olma” və “Kapital Bazarları Qanununu pozma” ittihamları ilə həbs edilməsini tələb etmiş və onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Kayanın əri İlyas Kaya və Qiymətli Kağızlar üzrə Şuranın (SPK) keçmiş sədri İbrahim Ömer Gönül isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!