Özünü dərəyə atan gənclə bağlı rəsmi məlumat

saytların hazırlanması

Evə çatdırılma

Özünü dərəyə atan gənclə bağlı rəsmi məlumat

Sosial

05 İyul 2021 16:39 807


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 vətəndaşın körpüdən yıxılaraq dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, məlum olub ki, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu intihar məqsədi ilə özünü Gəncə çayının üzərindəki körpüdən dərəyə ataraq ağır bədən xəsarətləri alıb. Sezar pizza

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə O.Ələsgərovu dərədən çıxarıb və TTTY briqadasına təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!