Pakistan səfiri Eldar Əzizovla görüşdü 
28 Noy 2020 08:14
362

Pakistan səfiri Eldar Əzizovla görüşdü 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, icra başçısı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri uzun illəri əhatə edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

Eldar Əzizov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatan ikinci Qarabağ savaşı, döyüş meydanında məğlubiyyətlə üzləşən  təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb və bununla bağlı minnətdarlığını bildirib.

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.

Tərəflər əlaqələrinin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər