Pakistanda dəhşət: Qəzada 30 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda dəhşət: Qəzada 30 nəfər öldü

Dünya

07 Avqust 2023 07:06 1242


Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a çatıb.

“Yeni Sabah” “TRT Haber”ə istinadla xəbər verir ki, Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın “texniki nasazlıq” və ya “təxribat” nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.

Pakistan mətbuatının yaydığı xəbərə görə, səlahiyyətli qurumlar hadisə yerində axtarış-xilasetmə işlərinin başa çatdığını, qəzada 30 nəfərin həyatını itirdiyini, 90-dan çox insanın isə yaralandığını bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!