Pakistanda güclü partlayış:   35 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda güclü partlayış: 35 nəfər öldü

Dünya

30 İyul 2023 19:02 771


Pakistanın Xayber Paxtunxva əyalətində "Camaati-İslami" partiyasının qurultayında baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb, 80-dən çox insan yaralanıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, partlayış yerli vaxtla saat 16.00 radələrində qurultay zamanı binanın daxilində baş verib. Polis hələ ki, partlayışın səbəbini açıqlamayıb. Marqarita pizza

Partiya lideri Hafiz Həmdullah bildirib ki, o da qurultaya qatılmalı idi, lakin şəxsi səbəblərə görə gələ bilməyib.

Həmdullah partlayışı pisləyib, hadisəni terror adlandırıb, ölkə və əyalət rəhbərliyini hadisə ilə bağlı araşdırma aparmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!