Papa dünya maliyyə idarəçilərinə çağırış etdi:   Kasıb ölkələrin borc yükünü azaldın!

saytların hazırlanması

Evə çatdırılma

Papa dünya maliyyə idarəçilərinə çağırış etdi: Kasıb ölkələrin borc yükünü azaldın!

Sosial

09 Aprel 2021 11:02 478


Katoliklərin ruhani lideri Papa Francis dünya maliyyə idarəçilərinə çağırış edib.

Yenisabah.az xəbər verir ki, Papa BVF-nin (Beynəlxalq Valyuta Fondu) və Dünya Bankının illik toplantısının iştirakçılarına göndərdiyi məktubda koronavirus epidemiyasının dünyanı sosial-iqtisadi, ekoloji və siyasi böhranlarla hesablaşmağa məcbur etdiyini söyləyib.

Papa məktubunda, "Dünya əhalisindəki kiçik bir azlığın ümumi sərvətin yarısına sahib olduğu qeyri-bərabər, davamlı olmayan sosial-iqtisadi həyat modeli inkişaf və məmnuniyyət təmin etməyəcəkdir”, - ifadəsinə yer verib. Sezar pizza

O, həmçinin, kasıb və zəif inkişaf etmiş ölkələrə qlobal qərar vermə orqanlarında daha çox yer verməyin və onların beynəlxalq bazara çıxışını asanlaşdırmağın vacib olduğunu vurğulayıb.

Papa maliyyə idarəçilərindən pandemiyadan təsirlənən kasıb ölkələrin borc yükünü azaltmağı tələb edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!